BMT-də terror əleyhinə idarə yaradıla bilər

BMT-də terror əleyhinə idarə yaradıla bilər backend

BMT-nin baş katibi Antonio Quterreş təşkilatda terrorizmlə mübarizə idarəsi yaratmaq təklif edib.

RİA Novosti xəbər verir ki, bu barədə o, BMT-nin Baş Assambleyasının üzv dövlətlərinin görüşündə bəyan edib.

Quterreş, baş katibin müavininin rəhbərlik edəcəyi terrorizmlə mübarizə idarəsinin yaradılması təşəbbüsü ilə çıxış edib. Hazırda BMT-nin Təhlükəsizlik Şurasının terror əleyhinə komitəsi mövcuddur. Struktur ABŞ-da sentyabrın 11-də baş verən terror aktından sonra BMT-nin TŞ tərəfindən 2001-ci ildə təsis edilib.

Quterreşin sözlərinə görə, onun təklif etdiyi struktur BMT TŞ-nin hazırkı strukturlarının işinə qarışmayacaq və kuratorluq etməyəcək. “Təklif edilən yeni idarə üzv dövlətlərin heç birinin suverenliyinə qəsd etməyəcək”, - o deyib.

O, təşkilatın üzv dövlətlərinin nümayəndələrindən iki həftə ərzində öz fikirlərini yazılı və ya şifahi şəkildə təqdim etmələrini xahiş edib.(azvision.az)