QAZİLER.AZ Evronyusa istinadən bildirir ki, Beynəlxalq Koalisiya dəstələsinin qırıcıları İrakın Ramada şəhərində İŞİD terrorçularını bombalayıb.
Terrorçular Bağdadın 130 km-liyində yerləşən bu şəhəri ələ keçirmək istəyirlər. Artıq onlar burada bir neçə qəsəbə və kəndi ələ keçirməyə nail olublar. Həmçinin terrorçular magistral yolları da nəzarətdə saxlayırlar.Ramada və onun ətrafında yaşayan minlərlə insan yaşayış yerini tərk edib. Əsas döyüşlər Bayci şəhərinin neft zavodları yerləşən ərazilərdə gedir.