Kiyev Rusiyanı BMT TŞ-da veto hüququndan məhrum etməyə çağırdı

Kiyev Rusiyanı BMT TŞ-da veto hüququndan məhrum etməyə çağırdı backend

Ukraynanın Xarici işlər naziri Pavel Klimkin Rusiyanı BMT-nin Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etməyə çağırıb. Bu barədə UNİAN agentliyi istinadən xəbər yayıb.


“Münaqişə tərəfinin BMT-nin TŞ-nın daimi üzvü kimi bu masa arxasında olmasına baxmayaraq, Şuranın “qanlı münaqişələrə” effektiv reaksiya vermək qabiliyyəti olmalıdır”, - P.Klimkin bunu Təhlükəsizlik Şurasının Avropada həll olunmamış münaqişələrə həsr olunmuş iclasda bildirib.

Ukrayna XİN rəhbəri BMT-nin Nizamnaməsinin 27 maddəsini xatırladıb. Həmin maddəyə görə, mübahisəli məsələdə iştirak edən tərəf qərar qəbul edilərkən bitərəf olmalıdır. Onun sözlərinə görə, bu maddənin “iqnor” edilməsi yolverilməzdir.

Hazırda BMT TŞ-nın daimi üzvləri Rusiya, ABŞ, Çin, Fransa və Böyük Britaniya veto hüququna malikdirlər, bu hüquq onlara beynəlxalq təşkilatın istənilən qətnaməsini blok etməyə imkan verir.(oxu.az)