Bəşər Əsəd Avropa ölkələrini xəbərdar etdi

Bəşər Əsəd Avropa ölkələrini xəbərdar etdi backend

"Avropa ölkələri də bəzi ekstremist hücumlara məruz qala bilər".

Yaxın Şərq və Şimali Afrika xaos içində və terrorçularla dolu olduğu müddətdə Avropa ölkələri də bəzi ekstremist hücumlara məruz qala bilər.

ANS PRESS-in məlumatına görə, bu sözləri İsveçin "Ekspressen TV" kanalına müsahibə verən Suriya prezidenti Bəşər Əsəd deyib. Suriyada dörd ildən çoxdur ki, davam edən münaqişə barədə danışan prezident Əsəd bunun daxili bir mübarizə yox, xaricdən müdaxilələr edilən münaqişə adlandırıb.

"Əgər biz Suriyadakı münaqişəni suriyalı qruplaşmalar arasında daxili münaqişə kimi görmək istəyiriksə, bu düzgün və obyektiv olmayacaq. Əslində, bu problem elə də mürəkkəb deyil, lakin xarici müdaxilələr nəticəsində vəziyyət çətinləşir. Əgər siz, inkişaf bir planı icra etmək istəsəniz, dərhal xarici müdaxilə bunu alt-üst edir. Hələbdə məhz bu baş verdi. Türklər özlərinin dəstəklədikləri terrorçuları BMT-nin səfiri ilə əməkdaşlıq etməməyə çağırdı." - Bəşər Əsəd belə deyib.

Bəşər Əsəd müsahibəsində həmçinin Qətər və Səudiyyə Ərəbistanını bu cür siyasətə təşviq edən Avropa ölkələrini də tənqid edib.

Suriyada 2011-ci ilin mart ayından etibarən davam edən vətəndaş müharibəsində, BMT-nin məlumatlarına görə, 220 mindən çox adam ölüb.
Diaspora