NATO-nun terrora qarşı mübarizə koalisiyasına qoşulması prosesi zamanı Türkiyə bu ittifaqa rəhbərlik edə bilər.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib.“Türkiyənin NATO-ya üzvlüyü ilə bağlı danışsaq deyə bilərik ki, rəsmi Ankara ittifaqın terrora qarşı mübarizə koalisiyasına qoşulmasına rəhbərlik edə bilər”, - nazir bildirib.
Şoyqu onu da əlavə edib ki, hərbi sahədə Türkiyə-Rusiya arasında sıx əməkdaşlıq davam edir.