Almanlar tərəfindən 73 il əvvəl batırılan “City of Cairo” adlı gəmi 5 min metr dərinlikdən çıxarılıb. Lent.az-ın Musavat.com-a istinadən verdiyi xəbərə görə, gəminin içindən 50 milyon dollar dəyərində xəzinə çıxarılıb. Hindistanın Mumbai şəhərindən İngiltərəyə gedərkən 4 noyabr 1942-ci ildə Afrikanın Helena adaları yaxınlığında batırılan gəmi ilk dəfə ötən əsrin 80-ci illərində tapılıb. Gəminin “Titanik”dən daha dərində batdığı məlum olub.
Bu günə qədər gəmini çıxarmaq üçün heç bir dalğıc qrupu dənizin dibinə enə bilməyib. Gəmidən dəyəri 50 milyon dollar olan xəzinə çıxarılıb. 301 sərnişinin olduğu gəmidə 100 ton gümüş pulun olduğu deyilir.