Papa “erməni soyqırımı”na görə 25 milyard alıb

Papa “erməni soyqırımı”na görə 25 milyard alıb backend

Katolik dünyasının ruhani lideri Papa Fransisk “erməni soyqırım”nı 25 milyard dollar müqabilində tanıyıb.

Qaziler.az ATV.az-a istinadən bildirir ki, bu sensasiyalı bəyanatı Türkiyənin “Haber7” telekanalı yayıb. Roma papası soyqırımı 25 milyard dollar qarşılığında tanıyıb. O, bu razılığa Las-Veqasda kazino sahibi olan erməni Kirk Kerkoryanla görüşdə gəlib. Onlar yanvar ayında görüşüblər və Kerkoryan Papaya belə bir təklif edib. Papa Fransisk əvvəlcə təklifi rədd edib, lakin sonradan Vatikan bankının maddi durumunu nəzərə alaraq razılığa gəlib.

Papanın “erməni soyqırım”nın 100 illiyinə görə İrəvana getmək istəməməsinin də səbəbi müqavilənin ortaya çıxması xofudur.
Diaspora