"Pole çudes" proqramının tarixçəsi teleaparıcı, jurnalist Vladislav Listyev və Anatoli Lısenkonun adi mehmanxanada dincəldikləri zaman başlanıb.
Bu şounun yaradılması ideyası onların Amerikanın "Wheel of Fortune" televiziya verilişinə baxarkən yaranıb. Vladislav Listyev kapital-şounun adını A. N. Tolstoyun "Qızıl açar və ya Buratinanın sərgüzəştləri" nağılından götürüb.Proqramın premyerası 25 oktyabr 1990-cı ildə SSRİ Mərkəzi Televiziyasının birinci proqramında keçirilib. İlk aparıcı Vladislav Listyev olub, sonra müxtəlif aparıcılar verilişdə görünüb. Nəhayət, 22 noyabr 1991-ci ildən əsas aparıcı Leonid Yakuboviç verilişin aparıcılığına başlayıb.
Leonid Yakuboviçin assisentləri müxtəlif qadın modellər, o cümlədən, 1996-cı ildən tapılan hərfləri açan və mükafatları təqdim edən daimi assisent Rimma Aqafoşinadır.
Yarandığı 25 il ərzində “Pole çudes“in buraxılışında ilk dəfə biabırçılıq baş verib.
Qaziler.az həmin buraxılışdan hazırlanan videonu təqdim edir: