Liviyada baş nazirin korteji atəşə tutulub

Liviyada baş nazirin korteji atəşə tutulub backend

Liviyanın Baş naziri Fayez əs-Sərracın korteji Tripolidə naməlum şəxslər tərəfindən atəşə tutulub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə zamanı 2 mühafizəçi yaralanıb.

Kortejdə baş nazir, eləcə də Ali Dövlət Şurasının sədri və prezident mühafizəsinin rəhbəri olub. Baş nazirin vəziyyti barədə məlumat verilmir.