Suriyada avtomobilin partladılması nəticəsində Rusiyanın 4 hərbçisi ölüb, 2-si yaralanıb. “Report” TASS-a istinadən xəbər verir ki, məlumatı bu gün Rusiyanın Müdafiə Nazirliyi yayıb.
İnformasiyaya əsasən, hadisə fevralın 16-da baş verib. Hərbçilərin avtomobil karvanı Suriyanın Tiyas rayonundakı hava limanından Homs şəhərinə doğru hərəkət edərkən partlayış olub.Həkimlər Rusiyanın yaralı iki hərbçisini həyata qaytarmağa çalışır.