İstanbulda şirniyyat mağazasında partlayış olub, 7 nəfər yaralanıb

İstanbulda şirniyyat mağazasında partlayış olub, 7 nəfər yaralanıb backend

İstanbulun Küçükçekmece rayonunda şirniyyat mağazasında məişət qazının sızması nəticəsində partlayış baş verib.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, nəticədə 7 nəfər yaralanıb.
Yaralılardan birinin vəziyyəti ağırdır.

İnformasiyaya əsasən, partlayış rayonun Kanarya məhəlləsində 3 mərtəbəli binanın girşindəki şirniyyat dükanında baş verib.