Ermənistanda məktəbdə kütləvi zəhərlənmə olub. APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Armavir vilayətinin Artaşan kəndində baş vermiş hadisə nəticəsində 7 şagird zəhərlənib.
Onlar bir sinifdə oxuyurlar. Xəstəxanaya çatdırılan məktəblilərin qazdan zəhərləndiyi bildirilir.7 şagird qazdan zəhərləndi - ERMƏNİSTANDA

