İraq ordusu yenidən şəhər üzərində tam nəzarəti əlinə alıb.
Dünya İraq höküməti silahlı qüvvələri qərbi Anbar əyalətinin paytaxtı olan Ramadi üzərində nəzarəti ələ keçirib.ANS PRESS-in məlumatına görə, "Tass" xəbər verir ki, bu barədə İranın "Press Tv" telekanalı məlumat yayıb.
“İraq silahlı qüvvələri xalq birləşmələrinin dəstəyi ilə İŞİD terroçularını Ramadidən sıxışdırıb çıxardaraq, şəhər üzərində tam nəzarəti əlinə alıb”- deyə İranın birləşmiş operativ komandanlığının generalı Saad Maan bildirib.
Onun sözlərinə görə hazırda da qızğın döyüşlər davam edir və İraq ordusu İŞİD silahlılarını bu rayondan uzaqlaşdırana qədər hücumu dayandırmayacaq.
Hökümətin hərbi qüvvələri eləcə də Ramadidən Anbar əyalətinin qərbinə doğru İordaniya və Suriya sərhəddinə gedən strateji vacib yolu da nəzarətə alıblar. Bu magistral yol terrorçular tərəfindən Suriyadan qüvvə dəstəyi üçün istifadə edilirdi.