Rus-türk əlaqələrindəki xətalardan dərs çıxarmalıyıq.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.“Türkiyə ilə necə yaşamalıyıq? Məncə, ikili əlaqələrimizin tarixini bilərək. Rus-türk əlaqələrinin tarixi çox ziddiyyətli və keşməkeşlidir. Münasibətlərimiz çox çətin oldu, əsla asan olmadı. Sadəcə gələcəkdə yaxşı əlaqələr yaratmaq üçün keçmiş olaylardan dərs çıxarmalıyıq”, - sözçü qeyd edib.