Rusiya təhlükəsizlik qüvvələri belə vəziyyətlərə tam hazırdır.
Rusiya prezidenti Vladimir Putin keçirilən ənənəvi canlı yayımda İŞİD terrorçu qruplaşması barədə də danışıb.ANS PRESS-in məlumatına görə, Putin bildirib ki, İŞİD Rusiya üçün birbaşa heç bir təhlükə törətmir.
"Ancaq bizi bir məsələ narahat edir. İŞİD-in tərkibinə Rusiya vətəndaşları da qatılıb. Bu terrorçulara qoşulan vətəndaşlarımız təlimlər keçdikdən sonra Rusiyaya qayıda bilər", - deyə Rusiya prezidenti bildirib.
Lakin Putin bildirib ki, Rusiya təhlükəsizlik qüvvələri belə vəziyyətlərə də hazırdır.
"Bütün təhlükəsizlik qüvvələrimiz fəal şəkildə çalışır. İŞİD-ə qoşunlan vətəndaşlarımızın hamısının adını deyə bilmərəm. Amma onların neçə nəfər olduqlarını, harada döyüşdüklərini, təlim aldıqlarını yaxşı bilirik", - deyə Putin bildirib.