Türkiyədə terror aktını PKK törədib

Türkiyədə terror aktını PKK törədib backend

Türkiyənin Şanlıurfa vilayətində törədilən partlayışı PKK terror təşkilatı törədib.

“Anadolu” agentliyi xəbər verir ki, bunu vilayətin valisi Güngör Azim Dunay deyib.

Valinin sözlərinə görə, terror aktı ilə bağlı aparılan istintaq çərçivəsində 26 şübhəli saxlanılaraq həbs olunub.

Qeyd edək ki, Türkiyənin Şanlıurfa vilayətində törədilən terror aktında 2 nəfər ölüb, 18 nəfər yaralanıb.