Ceyms Bond filmlərinin agent 007-si ingilis aktyoru Deniel Kreyqə vəzifə verilib.
Axar.az xəbər verir ki, BMT dünya şöhrətli aktyora “BMT mina və partlayıcı təhlükələri ilə mübarizədə qlobal müdafiəçi” vəzifəsini verib.BMT-nin Baş katibi Pan Ki Mun aktyorun geniş kütlə tərəfindən tanınmasından mina təhlükəsinə diqqət çəkmək işində istifadə edəcəyi üçün təşəkkür edərək bunları deyib: “Agent 007 - cənab Kreyqin öldürmə səlahiyyəti vardı, biz bu gün ona xilas etmə səlahiyyəti verdik”.