Türkiyənin cənubunda, Şanlıurfa vilayətinin Viranşehir rayonunda avtomobilə quraşdırılmış partlayıcı qurğu işə düşüb.
Qaziler.az bildirir ki, Trend-in məlumatına görə, partlayış hakim və vəkillərin qaldığı yaşayış korpusunun yaxınlığında qeydə alınıb.Şanlıurfa valisi Güngör Azim Tuna hadisə nəticəsində 3 yaşlı uşağın öldüyünü, 15 nəfərin yaralandığını bildirib.
Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.