Pakistanın Sind əyalətinin Sexvan Şərif şəhərindəki sufi şair və filosofu Lala Şaxbaz Kalandar Mavzoleyində törədilən partlayış nəticəsində həlak olanların sayı 70 nəfəri keçib, 150-dən çox insan yaralanıb.
Terror aktını kamikadze ölüm kəmərini partlatmaqla törədib.Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
X X X
20:37
Pakistanın Sind əyalətinin Sexvan Şərif şəhərindəki sufi şair və filosofu Lala Şaxbaz Kalandar Mavzoleyində partlayış törədilib. Nəticədə 50-dən çox insan həlak olub, təxminən 100 nəfər yaralanıb.
Pakistan mətbuatının məlumatına görə, partlayış sufi mərasimi keçirilərkən kamikadze tərəfindən törədilib. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.