Sem Saymon fondundan iki bahalı əsər oğurlanıb.
Axar.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, fonddan oğurlanan portretlər, təxminən, 400 min dollar dəyərindədir. “Simpsonlar” cizgi filminin yaradıcılarından biri olan Sem Saymonun fondundan oğurlanan əsərlərdən birinin müəllifi rəssam Roy Lixtenşteyndir.Oğurluq hadisəsi Kaliforniya Ştatında 10 aprel tarixində baş versə də, bir neçə gün mətbuatdan gizlədilib.
Xatırladaq ki, Sem Saymon 2015-ci ilin 9 mart tarixində xərçəng xəstəliyindən dünyasını dəyişib.