Çinin ilk kosmik yük gəmisi olan “Tiencou-1” cari ilin aprelində orbitə buraxılacaq. QAZİLER.AZ-ın AZƏRTAC-a istinadən xəbərinə görə, gəmi Çinin şimalındakı liman şəhəri olan Tiencində hazırlanıb.
“Tiencou-1” artıq bu ölkənin Haynan əyalətində fəaliyyət göstərən Vınçang Atma Mərkəzinə gətirilib. Yük gəmisi burada montaj və test prosedurundan keçərək orbitə buraxılması üçün hazır vəziyyətə gətiriləcək.Altı ton yük daşıya biləcək “Tiencou-1” orbitdə kosmik stansiyanın yaradılması istiqamətində böyük töhfələr verəcək.