Hindistan eyni vaxtda orbitə 104 peyk çıxardı

Hindistan eyni vaxtda orbitə 104 peyk çıxardı backend

Fevralın 15-də Hindistan kosmosa 104 peyk aparatı çıxarıb. İKT.lent.az-ın “runews24.ru” saytına istinadən xəbərinə görə, eyni vaxtda bu sayda peykin kosmosa çıxarılması rekord göstəricidir.

Bütün peyklər başqa ölkələrə, xüsusilə də Qazaxıstan, İsrail, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri və Niderlanda məxsusdur. Peyklərin 96-sı isə ABŞ-ın mülkiyyətidir.

Əvvəllər orbitə çıxarılan peyk aparatlarının sayına görə Rusiya rekord vurub. Bu ölkə 2014-cü ildə eyni vaxtda səmaya 39 peyk buraxıb.