İraqın paytaxtı Bağdadda minalanmış avtomobilin partlaması nəticəsində 15 nəfər ölüb.
Qaziler.az Trend-ə istinadən xəbər verir ki, Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, daha 50 nəfər yaralanıb.Partlayış əsasən şiələrin məskunlaşdığı Mədiant-əs-Sədr rayonunda baş verib.
Minalanmış avtomobilin partlamasından sonra şok dalğasının görüntüləri yayılıb.
Qeyd edək ki, güclü təsirə malik belə partlayışlar güclü istilik, qaz, səs və işıqla müşayiət olunur. Bu zaman, əsasən, daxili orqanların zədələnməsi və yanğın xəsarətləri nəticəsində insan tələfatı qeydə alınır.
Trend-in "Habertürk" qəzetinə istinadən həmin videogörüntünü təqdim edir: