Türkiyə Silahlı Qüvvələri Suriyada keçirilən hərbi əməliyyatlarla bağlı açıqlama yayıb. Axar.az xəbər verir ki, "Fərat qalxanı” hərəkatının 176-cı günündə 224 İŞİD hədəfi havadan və qurudan atəşə tutulub. Əməliyyatlar nəticəsində 17 terrorçu öldürülüb.
Terrorçulara məxsus 16 bina, 3 qərargah binası, 1 bomba yüklənmiş maşın, 10 müdafiə mövqeyi və 1 silah anbarı darmadağın edilib.