Moskvanı etiraz dalğası bürüyəcək

Moskvanı etiraz dalğası bürüyəcək backend

Millətçilər mayın 1-də Rusiya paytaxtında nümayişə hazırlaşır.

Rusiya paytaxtını mayın 1-də etiraz dalğası bürüyəcək. Moskvada millətçilər kütləvi nümayiş keçirmək üçün meriyaya müraciət edib.

ANS PRESS xəbər verir ki, bu barədə “Ruslar” Birliyinin lideri Dmitri Demuşkin bildirib.

O deyib ki, təşkilatçılar aksiyanı Moskvanın şimal-qərbində iki formatda keçirməyi düşünür. Yürüşdə 2-4 min adamın iştirakı nəzərdə tutulur. Əsas şüar “Rus xalqının və Rusiyanın yerli xalqlarının hüquq və azadlığı uğrunda” olacaq.

Onun sözlərinə görə, bu dəfə təşkilatçılar təxribatçılar və radikallarla fəal mübarizə aparacaq. Biz birliyin və onun liderlərinin təqibinə imkan verilməməsinə çalışacağıq.

Xatırladaq ki, Moskvanın hüquq-mühafizə orqanları əməkdaşları bu il martın sonunda təşkilat rəhbərlərinin mənzillərində axtarış aparıb. Bu, ötən ilin noyabrında keçirilmiş “Rus marşı” aksiyası ilə bağlı olub. Milli ayrı-seçkiliyin qızışdırılması üzrə aparılan istintaq materialında deyilir ki, aksiya iştirakçıları müsəlmanlara qarşı nifrət oyadan şüarlar səsləndiriblər.
Diaspora