Çində terror aktı baş verib. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cinayətkarlar bıçaqla yerli sakinlərə hücum ediblər. Nəticədə 6 nəfər ölüb, 10 nəfər yaralanıb.
Dərhal hadisə yerinə gələn polis iki cinayətkarı güllələyib. Altı nəfər həbs edilib.