Kalaşnikov öldürüldü

Kalaşnikov öldürüldü backend

Ukraynada Ali Radada Regionlar Partiyasının sabiq deputatı Oleq Kalaşnikov öldürülüb.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, hadisə ötən gün gecəyarısı baş verib. Kalaşnikov yaşadığı evə daxil olmaq istəyərkən öldürülüb.

Yaşayış binasının təhlükəsizliyinə cavabdeh olan şəxs olay günü şübhə doğuracaq bir şey müşahidə etmədiyini qeyd edib.

Kalaşnikovun qohumları bildiriblər ki, son günlər onu siyasi baxışlarına görə hədələyirdilər. Sabiq deputat ölümündən öncə bir dostuna məktub göndərmiş və təqib edildiyini bildiribmiş.

Hadisə ilə bağlı istintaq tədbirləri görülür. Müstəntiqlər hələlik açıqlama verməkdən imtina edirlər.
Diaspora