Rusiyadan Yaponiyaya cavab: “Suveren haqqımızdır“

Rusiyadan Yaponiyaya cavab: “Suveren haqqımızdır“ backend

Kuril adaları Rusiyanın torpağıdır və bura ad vermək bizim suveren haqqımızdır.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

“Yaponiyanın mövqeyi çox yaxşı bəllidir. İkitərəfli əlaqələrdə pozitiv dinamikanı müsbət qiymətləndiririk. Lakin Kuril adaları hələ də Rusiyanın torpağıdır”, - Peskov bildirib.

Qeyd edək ki, Yaponiya hökuməti Kuril adalarına yeni adın verilməsindən dolayı Rusiyaya nota göndərmişdi.