Baktivşina Partiyasının lideri Yuliya Timoşenko Ukraynadakı populizmin və korrupsiyanın anasıdır.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Ukrayna Baş naziri Vladimir Qroysman söyləyib.“Timoşenko 20 illik siyasi fəaliyyəti ərzində əlindən gələn hər şeyi edib ki, Ukraynanı məhv etsin. Lakin ona hər dəfə kimlərsə mane olub. 2007-ci ildə o, məni Vinnitsanın meri vəzifəsindən guya işimdə buraxdığım nöqsanlara görə azad etmək istəyirdi. Onun bizim ölkənin baş naziri olmasından 10 il keçib. Hazırda Vinnitsa Ukrayna şəhərləri arasında birinci yerdədir, amma Ukrayna onun sayəsində axırıncı yerə düşüb”, – baş nazir bildirib.