QAZİLER.AZ Evronyus-a istinadən xəbər verir ki, "İslam dövləti " qruplaşması İraqın şimalında yerləsən Bayci şəhərindəki iri neftayırma zavodunun ərazisinə keçib. Çərşənbə günü radikalların anbarlar yerləşən ərazilərdə bəzi qurğuları ələ keçirdikləri haqqında məlumat yayılmışdı.
Baycidə yerləşən zavodun ələ keçirilməsi İŞİD-çilərin keçən ildən bəri ən əsas məqsədlərindən biri idi.İŞİD mövqelərinin havadan bombalanması onlarin hücumlarının qarşısını alsa da, ancaq hücumçular öz sıralarını bu istiqamətdə genişləndirərək və müəssisənin mühasirəsini bərpa edərək, hökümət döyüşçülərinə qarşı zaman - zaman kamikadzelərdən istifadə ediblər. İŞİD-çilər ölkənin qərb hissəsində hökümət qüvvələrinin də sıxışdıraraq geri çəkmişdi. Hökümət qüvvələrinin məğlub olması nəticəsində yerli əhali kütləvi şəkildə əraziləri tərk etmisdi.