Pakistanda partlayış: 13 ölü, 83 yaralı

Pakistanda partlayış: 13 ölü, 83 yaralı backend

Pakistanın Lahor şəhərində baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb, 83 nəfər xəsarət alıb.

Qaziler.az bildirir ki, APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, polis insidenti terror aktı kimi qiymətləndirib.

Hücuma görə məsuliyyəti "Taliban" hərəkatının Pakistan qolu ilə əlaqəli "Camaat-ul-Əhrar" qruplaşması öz üzərinə götürüb.