Bazarın damı çökdü: yaralılar var - FOTO

Bazarın damı çökdü: yaralılar var - FOTO backend

Türkiyənin Ağrı vilayətində meyvə-tərəvəz bazarının damı çöküb.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, qəzaya səbəb dam örtüyündə qarın toplanması olub.

Hadisə nəticəsində yaralıların olduğu bildirilir.

Ərazidə xilasetmə işləri davam edir.