Avropa Komissiyasının sədri Jan Klod Yunker bu posta ikinci müddətə namizəd olmayacaq.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Jan Klod Yunker jurnalistlərə müsahibəsində təsdiqləyib.“Bir neçə ay əvvəl açıq-aşkar dedim ki, ikinci müddətə namizədliyimi irəli sürmək niyyətində deyiləm. Mən bunu Almaniyada bildirmişdim, indi eyni məsələni Lüksemburqda da təkrarlayıram”, - Avrokomissiyanın sədri jurnalistlərə açıqlamasında vurğulayıb.
Məlumata görə, o, bu vəzifədən bezmədiyini deyib: “Mən bu vəzifənin icrasına başlayanda da 5 il işləcəyəmi bildirmişdim”.
Qeyd edək ki, Jan Klod Yunkerin və Avrokomissiyanın üzvlərinin səlahiyyət müddəti 2019-cu ilin payızında başa çatır.