İŞİD silahlıları Palmira şəhərinin tarixi abidələrini dağıtmağa hazırlaşırlar. Avropa.info xəbər verir ki, şəhərlə bağlı PUA-lardan alınan məlumatları təhlil edən Rusiya Müdafiə Nazirliyi bu qərara gəlib. İŞİD-in əlində olan rayonlarda yük maşınlarının yüksək intensivliyi qeydə alınıb. Bu onu göstərir ki, İŞİD tarixi abidələri partlatmaq üçün şəhərə partlayıcılar gətirir.
PUA-ların videokamerası ilə alınmış görüntülər İŞİD-in qədim Roma amfiteatrını və arkasını dağıtdığını sübut edir.