Pekində son 13 ilin ən güclü qum fırtınası tüğyan edir.
Çinin paytaxtında tüğyan edən toz-qum fırtınası son 13 ilin bu qəbildən olan əh güclü təbii fəlakətidir.AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, Çinin meteoroloji xidməti Pekin və təbii fəlakətdən əziyyət çəkən digər şəhərlərin sakinlərini havanın çirklənmə həddinin həddən artıq yüksək olduğu və sağlamlığa təhlükə yaratdığı barədə xəbərdar edib. Hökumət isə insanlara evlərindən çıxmamağı məsləhət görüb.
Yollarda görüntü məsafəsi də kəskin azalıb. Bu da uzun tıxacların əmələ gəlməsinə və hava limanlarının işində fasilələrə səbəb olub.