BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılır

BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılır backend

ABŞ, Cənubi Koreya və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər. APA-nın verdiyi xəbərə görə, iclasın bu gün keçirilə biləcəyi bildirilir.

KXDR-in raket buraxılışından sonra üç dövlətin nümayəndəsi BMT Təhlükəsizlik Şurasına birgə xahişlə müraciət ediblər.

Xatırladaq ki, ötən gün Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketin buraxılışını sınaqdan keçirib. Bu gün isə rəsmi Pxenyan raket buraxılışının uğurla həyata keçdiyini bəyan edib.