Kiyev bazarında yanğın baş verib

Kiyev bazarında yanğın baş verib backend

Ukraynanın paytaxtı Kiyevdə "Bessarabski" bazarında yanğın baş verib.

Qaziler.az APA-ya istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə yerinə Ukrayna fövqəladə hallar xidmətinin 7 ədəd texnikası və canlı qüvvəsi cəlb edilib.

İnsident nəticəsində zərərçəkən olmayıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbləri araşdırılır.