Daha bir türk hərbçi şəhid oldu

Daha bir türk hərbçi şəhid oldu backend

Suriyanın şimalındakı Əl-Bab şəhərinin İŞİD silahlılarından azad olunması uğrunda gedən döyüşlərdə türk hərbçisi həlak olub, daha biri isə yaralanıb.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu barədə Silahlı Qüvvələrin Baş Qərargahından bildirib.

Qeyd edək ki, Türkiyə ordusu ötən il avqustun 24-dən başlayaraq Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq “Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir.