“Reina“ terrorçusu haqqında son qərar - Yeniləndi

“Reina“ terrorçusu haqqında son qərar - Yeniləndi backend

Türkiyənin İstanbul şəhərində “Reina” gecə klubunda terror aktı həyata keçirərək 39 nəfəri öldürən Əbdülqadir Maşapirov həbs edilib.

Axar.az xəbər verir ki, terrorçunun həbsi ilə bağlı ətraflı məlumat verilməyib.

***

“Reina” terrorçusu Əbdülqadir Maşapirov barədə həbs qərarı İstanbulun Çağlayan səmtindəki Ədliyyə Sarayında verilib.

Axar.az xəbər verir ki, qətliamı törədən şəxs “Konstitusion quruluşu zorla dəyişdirmək”, “Terror qruplaşmasına üzv olmaq”, “Qəsdən birdən çox insanı öldürmək”, “Odlu silahdan istifadə” maddələri ilə təqsirli bilinib.

Qeyd edək ki, terrorçunun həbs müddəti barədə məlumat yoxdur.