Rus agenti olan qanuni oğru Ukraynada yaxalandı

Rus agenti olan qanuni oğru Ukraynada yaxalandı backend

Kiyevdə 42 yaşlı qanuni oğru Gela Kardava həbs edilib.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Daxili İşlər naziri Arsen Avakov öz Feysbuk səhifəsində paylaşıb.

Avakov qanuni oğrunun Kiyevdəki restoranlardan birində ələ keçirildiyini bildirib:

“Bizə bəlli olan odur ki, Kardava Rusiya Daxili İşlər Nazirliyinin ştatda olan agentidir. Hazırda onun Rusiya xüsusi xidmət orqanları ilə əmədaşlığı araşdırılır”.