Tramp İran prezidentini sözlərində ehtiyatlı olmağa çağırıb

Tramp İran prezidentini sözlərində ehtiyatlı olmağa çağırıb backend

ABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən Ruhanini sözlərində ehtiyatlı olmağa çağırıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət başçısı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Yaxşısı budur o sözlərində ehtiyatlı olsun”, deyə D.Tramp bildirib.

İslam inqilabının 38-ci ildönümü münasibətilə keçirilən bayram tədbirində prezident Həsən Ruhani deyib ki, İrana hədə-qorxu gələnlər peşman olacaq.