Polşanın baş naziri Beata Şidlo avtomobil qəzasına düşüb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, insident Krakov şəhəri yaxınlığında qeydə alınıb.Məlumata görə, baş nazir müayinə üçün xəstəxanaya çatdırılıb. Onun vəziyyəti və hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.