Əsəd hakimiyyətdən gedəcəyi vaxtı açıqladı

Əsəd hakimiyyətdən gedəcəyi vaxtı açıqladı backend

Mən hakimiyyəti tərk etməyə hazıram.

Qaziler.az .Axar.az-a istinadən xəbər verir ki, bunu “Yaho Nyus”a müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd söyləyib.

“Suriyalılar məni bu vəzifədə görmək istəmədikləri gün vəzifəmi tərk edəcəyəm. Bu, prinsipial mövqeyimdir”, – prezident bildirib.

Qeyd edək ki, Suriya müharibəsi 2011-ci ildən davam edir. Müharibə nəticəsində 300 min çox insan ölüb. 2 milyondan çox suriyalı isə qaçqın düşüb.