Türkiyənin Mərkəzi Bankının 36 əməkdaşı həbs edilib

Türkiyənin Mərkəzi Bankının 36 əməkdaşı həbs edilib backend

Türkiyə Mərkəzi Bankının 36 əməkdaşı həbs olunub. “Report” Haber7-yə istinadən xəbər verir ki, onlar Ankara Təhlükəsizlik İdarəsinin Maliyyə Şöbəsi tərəfindən həbs ediliblər.


Onlar Fətullahçı Terror Təşkilatının (FETÖ) istifadə etdiyi “ByLock” kömpüter proqramından istifadə etməkdə şübhəli bilinirlər.

Məlumata görə, FETÖ üzvləri bir-biri ilə bu proqram vasitəsilə əlaqə saxlayıblar.