Türkmənlər Türkiyədən yardım istəyir

Türkmənlər Türkiyədən yardım istəyir backend

Qaziler.az Atv.az-a istinadən xəbər verir ki, bölgədə 4 ildən çox davam edən qarşıdurmalar nəticəsində İŞİD qüvvələri Hələbi mühasirəyə alıblar.

Bu mühasirəylə bağlı Türkmen Birliyi Başçısı Hafez "İŞİD gəlsə, Hələbin kiçik sənayesini idarə edən türkmənlər köç etmək məcburiyyətində qalacaqlar. Təcili olaraq yardıma ehtiyac var " - deyib. Türkiyə mətbuatının yaydığı xəbərə görə, Suriyanın Hələb şəhərində müxalif qüvvələrlə mübarizəyə tab gətirə bilməyən Bəşər Əsəd şəhərin ticarət və sənayesini əllərində saxlamaq üçün türkmənləri köç etməyə təhrik edəcək planını İŞİD vasitəsi ilə həyata keçirməyə başlayıb.

Suriya-Türkmən Birliyi rəhbəri Samir Hafez İŞİD təhlükəsi ilə qarşı-qarşıya qalan türkmənlərin hər zamankından daha çox türklərin dəstəyinə ehtiyaclarını olduğunu bildirib. Türkmənlərə yardımla bağlı hesabatın bir neçə gün ərzində Xarici İşlər Naziri Əhməd Davudoğluna göndəriləcəyini açıqlayan Hafez “tək hədəfimiz Türkmən köçünün qarşısını alaraq onların öz torpaqlarında qalmasını təmin etməkdi” - deyib.
Diaspora