Serj Sarkisyan Parisə gedir

Serj Sarkisyan Parisə gedir backend

Fransa prezidenti Fransua Olland martın 8-də Parisdə erməni həmkarı Serj Sarkisyanla görüşəcək. Ermənistan KİV xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Olland bildirib.


Olland qeyd edib ki, bu il Fransa-Ermənistan əlaqələrinin qurulmasının 25-ci il dönümüdür. Fransa prezidenti bu münasibətlə erməni həmkarını Fransaya səfərə dəvət edib.

Səfər çərçivəsində tərəflər ikitərəfli əlaqələri müzakirə edəcək. Fransa prezidentinin sözlərinə görə, görüş zamanı Qarabağ məsələsinə də toxunulacaq: “Bu münaqişənin sülh yolu ilə həlli üçün yolların tapılması önəmlidir”. (azvision)