"Rusiya Avropa ilə hibrid müharibə aparmaq yolundadır".
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib.Onun sözlərinə görə, Avropa İttifaqı ilə münaqişədə Rusiya özünü "təsəvvür olunmaz" şəkildə aparır və ittifaqa üzv dövlətlərin daxilində sabitliyi pozmağa çalışır.
O, Rusiyanın yürütdüyü siyasəti tənqid edərək deyib: "Rusiya bu məsələdə keçmiş SSRİ-dən də təhlükəlidir".