ABŞ-da tornado: 30 YARALI

ABŞ-da tornado: 30 YARALI backend

ABŞ-ın Luiziana ştatında baş verən dağıdıcı tornado nəticəsində 30 nəfər xəsarət alıb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Yeni Orlean şəhərinin meri Mitç Lendryu bildirib.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Məlumata əsasən, təbii fəlakət nəticəsində Yeni Orleanda 300-dək ev dağılıb, təxminən 10 min evin elektrik enerjisi kəsilib.