İran erməni separatçılarının konsertinə icazə verməyib

İran erməni separatçılarının konsertinə icazə verməyib backend

Qondarma “DQR”in “Artsaxın səsi” adlı musiqi qrupunun İrandakı konserti ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.

Bunu APA-nın Tehran bürosuna İranın İslami İrşad və Mədəniyyət Nazirliyinin Musiqi və İncəsənət şöbəsindən bildiriblər:

“Bu məlumat kökündən yanlışdır. İran qondarma Dağlıq Qarabağ Respublikasından olan hər hansı musiqi qrupuna ölkədə çıxış etmək üçün icazə verməyib”.