Yəmənin sabiq prezidenti Əli Abdullah Saleh ərəb monarxiyalarından onun və ailəsinin təhlükəsizliyi təmin olunmaqla ölkədən çıxması üçün yardım etmələrini xahiş edib.
Axar.az xəbər verir ki, bu məlumatı “Al Arabiya” telekanalı yayıb.Məlumatda qeyd edilir ki, Saleh ölkədən çıxmaq üçün təhlükəsiz yol tələbi ilə nümayəndəsini göndərib. Lakin onun bu tələbi rədd edilib.